-1 C
Baku
Sunday, February 23, 2025

Cenevrə danışıqları təxirə salındı

Cenevrədə Suriya konstitusiya komitəsinin növbəti iclası təxirə salınıb.

Bu məlumatı BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen təsdiqləyib. O, danışıqların təxirə salınmasının səbəblərini açıqlamayıb.

İsveçrə mətbuatının məlumatına görə, Suriya hökumətini dəstəkləyən Rusiya tərəfi hələ iyun ayında danışıqların məkanının dəyişdirilməsi təklifini irəli sürüb. Buna səbəb kimi İsveçrənin öz neytrallığını itirməsi göstərilib.

İlkin olaraq iyulun 25-dən 29-dək nəzərdə tutulan danışıqlarda Suriyanın hökumət, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri sayca doqquzuncu dəfə bir araya gəlməli idilər.

Son xəbərlər
Digər xəbərlər