Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başlayıb. Görüş beynəlxalq vasitəçilik formatında keçirilir və tərəflər təhlükəsizlik, atəşkəs və siyasi tənzimləmə məsələlərini müzakirə edirlər.
Danışıqların detalları hələ açıqlanmayıb. Gözlənilir ki, tərəflər ilkin mərhələdə mövqelərini təqdim edəcək, daha sonra isə mümkün razılaşma mexanizmləri üzərində iş aparılacaq.
Cenevrə ənənəvi olaraq beynəlxalq diplomatik platforma kimi çıxış edir və əvvəllər də mühüm geosiyasi danışıqlara ev sahibliyi edib.






