2 C
Baku
Saturday, December 14, 2024

Centlmenlər haqqında gülüş hissi ilə…

Centlmen həyat yoldaşının getməsindən əmin olmaq üçün onu qatara qədər ötürür.

Centlmen bir xanımı evə qədər ötürür, əgər bu ev centlmenin evidirsə.

Centlemen o halda ayaqqabılarını qapının önündə təmizləyir ki, onlarla qapını döyəcək.

Qadının gözəllik salonuna özü getməsi başqa bir məsələ, centleminin onu ora göndərməsi başqa bir məsələdir.

Sürücünün avtomobili saxlaması üçün centlmen əlini deyil, qadını irəli çəkməlidir.
Centlmen ondan böyük məbləğdə borc istənilməsini sevir: nə qədər çox istəsələr, rədd cavabı vermək bir o qədər asandır.

Centlmenin xoşuna gəlmək üçün qadın özünü bəzəyir. Lakin qadının xoşuna gəlmək üçün centlmen başqa bir centlmeni bəzəyir.

Əgər qadın görüşə vaxtından əvvəl gəlibsə, demək ki, harasa tələsir.

Əgər qonaqlar darıxırsa onlara lətifə danışın. Əgər hələ də getmirlərsə o lətifəni bir neçə dəfə də danışın.

Centlmen öz xanımına zərif sözlər deyirsə, demək ki, onun adını unudub.

“Sağol” sözünü centlmenlər, “çox sağol” sözünü isə kasıb centlmenlər fikirləşib.

Son xəbərlər
Digər xəbərlər