“Cerebras” Avropada data mərkəzlərinin tikintisinə milyardlarla dollar sərmayə yatırır

ABŞ-nin süni intellekt çipləri istehsalçısı “Cerebras” Avropada fəaliyyətini genişləndirmək planlarını açıqlayıb. Şirkət 2027-ci ilin sonunadək ümumi gücü 200 MVt olan süni intellekt data mərkəzləri şəbəkəsi qurmağı planlaşdırır. Bu barədə şirkətin baş icraçı direktoru Endryu Feldman Parisdə keçirilən RAISE sammitində bildirib.

Feldmanın sözlərinə görə, söhbət milyardlarla dollarlıq genişmiqyaslı investisiyadan gedir. Yeni güclərin bir hissəsinin mövcud tərəfdaşlıq çərçivəsində “OpenAI”nin iş yükünün emalına ayrılması gözlənilir.

Şirkətin Avropadakı ilk data mərkəzinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Daha sonra Fransa və Şimali Avropa ölkələrində yeni mərkəzlərin tikintisi nəzərdə tutulur. Feldman qeyd edib ki, data mərkəzlərinin Avropanın müxtəlif ölkələrində yerləşdirilməsi şirkətə məlumat suverenliyi də daxil olmaqla Avropa tələblərinə uyğun fəaliyyət göstərməyə imkan verəcək.

“Cerebras” yaxın vaxtlarda ABŞ-də keçirilən IPO zamanı təxminən 5 milyard dollar cəlb edib və bu yerləşdirmə Uoll-Strit tarixinin ən iri 15 ilkin kütləvi təklifindən biri olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər