20 C
Baku
Bazar ertəsi, May 23, 2022

Çernobıl AES elektrik təchizatını bərpa edib

Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası elektrik təchizatını bərpa edib.

UNIAN xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tviter səhifəsində bildirib.

Məlumata görə, Rusiya hərbçilərinin hücumu nəticəsində AES-in elektrik təchizatı xətti zədələnmişdi:

“AEBA-nın Ukraynadakı nümayəndəliyi Çernobıl AES-in xarici elektrik təchizatını bərpa etdiyini bildirib”.

Qeyd edək ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı ötürməsi dayanmışdı. Həmin gün Ukrayna tərəfi stansiyanın fəaliyyətini 48 saata bərpa edəcəklərini bəyan etmişdi.

Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər