26 C
Baku
Wednesday, April 24, 2024

Çernoqoriyada Telman İsmayılovun oğluna məxsus olan kazinoya həbs qoyuldu

Çernoqoriyada Telman İsmayılovun oğluna məxsus olan kazinoya həbs qoyuldu. Qeyd edək ki, Telman İsmayılov Forbes reytinqinin keçmiş iştirakçılarından biridir.

Banker.az- daxil olan məlumata görə, qərar VTB bankının hüquqşünaslarının tələbi ilə Podqorodiçı şəhərinin ümumi yurisdiksiya məhkəməsi qəbul etmişdir. Qəbul edilmiş qərara əsasən, Telman İsmayılovun oğluna məxsus olan “Montenegro Management Group d.o.o” (MMG) və “Casino Avala Budva d.o.o”  şirkətinin səhmlərinin yarısına həbs qoyulub.

Bundan əlavə, məhkəmə “Casino Avala” şəklində olan daşınmaz əmlakından istifadə etmək hüququnu məhdudlaşdırıb və “Sanata d.o.o.” şirkətinin səhmlərinin 20%-nə həbs qoyub. Qeyd edək ki, Ələkbər İsmayılov “Sanata d.o.o.” şirkətinin baş icraçı direktoru və həmtəsisçisidir.

Telman İsmayılov 2012-2014-cü illərdə BM bankından (keçmiş Moskva Bankı, VTB-yə məxsusdur) üç dənə böyük kredit götürüb. Kreditlərin ümumi məbləği 230 milyon dollar təşkil etmişdir. Zamin qismində biznesmenin özü və onun idarə etdiyi “Tandum Ltd” şirkəti olmuşdur. Borc götürənlər kredit borcunu ödəmədiyi üçün, kreditin məbləği 15 milyon rubla çatıb.

Rusiyada İsmayılov müflis olmuş şəxs kimi elan edilərək, oğurluq və qətllərin təşkil edilməsi işləri üzrə ittiham edilərək beynəlxalq axtarışa verilmişdir. Biznesmenin özü bütün ittihamları rədd edir. Onun kreditoruna “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi və AST ticarət mərkəzi qalıb.

BM bankının hüquqşünasları araşdırma apararaq aşkar edə biliblər ki, Telman İsmayılovun oğlu ümumilikdə 12,3 milyon borc pul alıb və qaytarmayıb. Borcun üstünə gələn faizləri nəzərə alsaq, hal-hazırda kreditin məbləği 19,2 milyon dollar təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər