Son bir ayda Çex Respublikasında benzinin qiyməti artmaqdadır. Bununla belə, son iki həftə ərzində ölkədə dizel yanacağının qiyməti bir qədər ucuzlaşıb.
Banker.az xəbər verir ki, bu barədə 2005-ci ildən bu ölkənin yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiyməti ilə bağlı gündəlik statistika aparan yerli CCS şirkətinin məlumatında deyilir.
“Respublikanın yanacaqdoldurma məntəqələrində bir litr benzinin qiyməti son bir həftədə əhəmiyyətli dərəcədə – orta hesabla 0,91 kron artaraq 46,21 krona (təxminən 2,1 dollar) çatıb. Eyni zamanda, dizel yanacağının qiyməti 0,16 kron azalaraq hər litr üçün 46,19 kron təşkil edib”, – şirkətin məlumatında bildirilir.