18 C
Baku
Monday, September 16, 2024

Çexiya Azərbaycanın üçüncü ən iri neft alıcısına çevrilib – 7 aya $597 milyonluq alış!

Çex Respublikası 2024-cü ildə Azərbaycandan xam neft alışını bir qədər də yüksəldərək üçüncü ən əri müştəriyə çevrilib.

Banker.az xəbər verir ki, Mərkəzi Avropa ölkəsi cari ilin yanvar-iyul ayları ərzində ölkəmizdən 941.7 min ton və ya 597.1 mln. ABŞ dolları dəyərində xam neft alıb.

Bununla da, Çexiya İtaliya və İsrailin ardından üçüncü ən iri xam neft alıcısına çevrilib.

Keçən ilin eyni dövründə Çexiya Azərbaycandan 906.4 min ton və ya 524.6 mln. dollarlıq xam neft almışdı. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. Həmin müddətdə Hindistan, İspaniya və Türkiyə müvafiq olaraq 3, 4 və 5-ci sırada idi ki, 6-cı sırada Çexiya olmuşdu.

Beləliklə, cari ilin ilk yeddi ayında Mərkəzi Avropa ölkəsi ixracın həcmini illik müqayisədə 4% artırmış olub.

Bir ton xam neftin qiyməti 2023-cü ilin ilk 7 ayında ortalama 578.8 dollar olduğu halda, cari ildə qiymətlər 10% artaraq 634.1 dollara yüksəlib.

3243442323

Son xəbərlər
Digər xəbərlər