9 C
Baku
Friday, November 15, 2024

Çexiya enerji daşıyıcılarının qiymətlərinin yuxarı həddini müəyyən etməyə məcbur ola bilər

Çexiya hökuməti enerji daşıyıcıları qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi kimi məcburi addım ata bilər. Bu, enerji daşıyıcılarının qiymətlərinin sürətli artımı fonunda Avropa İttifaqının üzvü olan ölkələrə Brüsselin ortaq həll təklif etməyəcəyi təqdirdə baş verəcək.

Bu barədə Çexiyanın Əmək və Sosial İşlər Nazirliyi bəyan edib. Bununla bərabər, qurumda bildiriblər ki, bu cür addım ölkə xəzinəsinə on milyonlarla avroya başa gələ bilər ki, bu vəsait həddindən artıq qazanca vergi ilə və yaxud dividendlərlə ört-basdır edilə bilməz.

Praqada Aİ səviyyəsində həllin tapılması ehtimalına şübhə ilə yanaşırlar. Bunun nəticəsi olaraq, əksər ölkələr artıq özləri qiymətlərin son həddini müəyyən ediblər. Bundan sonra Avropa İttifaqı tərəfindən ortaq həll bu ölkələri təmin edə bilməyəcək. Lakin onların hamısı bir fikirlə həmrəydirlər ki, enerji daşıyıcıları qiymətlərinin məhdudlaşdırılması istiqamətində təcili irəliləmək lazımdır. Çünki enerji ilə bağlı indiki vəziyyəti bazarın kollapsı kimi səciyyələndirmək olar.

Qeyd edək ki, ötən həftə Çexiyanın bəzi regionlarının rəhbərləri qiymətlərin kəskin artması ilə bağlı Nazirlər Kabinetini milli səviyyədə təcili tədbirlər görməyə çağırıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər