Çexiya gələcəkdə Ukraynada silah istehsalına başlamaq niyyətindədir.
Bu barədə Çexiya prezidenti Petr Pavel bildirib.
“Söhbət təkcə texnologiyaların mübadiləsindən deyil, həm də istehsalın tam və ya qismən Ukraynada həyata keçirilməsi üçün ötürülməsindən gedir”.
Əvvəllər bildirilirdi ki, Çexiya Ukraynanın 25 mülki aviasiya pilotunu hazırlayacaq , onların hazırlanması üçün 22 milyon kron (təxminən 1,05 milyon dollar) ayrılacaq.
Müvafiq qərarı Çexiya hökuməti qəbul edib. Gözlənilir ki, bu layihə ölkədə hərbi münaqişə başa çatdıqdan sonra Ukraynada mülki hava nəqliyyatının bərpasına kömək edəcək. Kiyev Milli Aviasiya Universitetinin yuxarı kurs tələbələri təlimə cəlb olunurlar .
Bu layihənin 2023-cü ildə uğurla həyata keçiriləcəyi təqdirdə, 2024 və 2025-ci ilə qədər uzadılacaq.
2022-ci ildə Çexiya hökuməti respublikaya mülki aviasiya sahəsində yardım göstərən “Ukraynaya humanitar, sabitləşmə, bərpa və iqtisadi yardım proqramı”nı təsdiq edib.