19 C
Baku
Sunday, May 19, 2024

Çexiya haqqında maraqlı faktlar

  • Çexiyada hazırlanan pivə dünyanın ən dadlı pivəsi hesab edilir.
  • Çexiyada mövcud olan qanuna əsasən, şəhərdə plastik şüşə paketləri və yaxud peyk antenalarına rast gələ bilmərsiniz. Belə ki, şəhərin görünüşünü pozmaq qadağandır.

  • Çexiya marixuanadan istifadə səviyyəsinə görə Avropada ilk pillədədir.
  • Çexiya narkotiklərin qanuniləşdirildiyi bir ölkədir. Lakin ciddi qaydalar mövcuddur: heroin -1,5 qram, ekstazi – 4 həb, marixuana – 15 qram, amfetamin – 2 qram.
  • Burada insan sümüklərindən inşa edilmiş kilsə mövcuddur. Bir zamanlar bura müqəddəs ərazi hesab edilirdi. 14-cü əsrdə vəba xəstəliyi zamanı məhz burada 30 min insan basdırılıb. 18-ci əsrdə bura yeni “sahiblər” gəlir və həmin sümükləri çıxararaq sözügedən həmin kilsəni yaradırlar.
  • Çexiyada kafedə etdiyiniz nahar evdə hazırlayacağınız nahardan ucuz başa gələcək.
  • Çexiya şəhərlərində siqaret çəkən insanlara çox nadir hallarda rast gələ bilərsiniz. Hərəkət edərkən siqaret çəkənləri isə ümumiyyətlə çox az halda görə bilərsiniz.
  • Əcnəbilər üçün çex dili dünyanın ən çətin dillərindən biri hesab edilir. Belə ki, bu dildə elə sözlər var ki, onun tərkibində ümumiyyətlə sait səslər yoxdur.
  • Çexiyada ən yüksək maaşlı vəzifələrdən biri veterinardır. Şəhər küçələrində bir çox insanlar öz heyvanları ilə gəzirlər və bu burada xoş mütləqlik hesab edilir. Çexiyada demək olar ki, evsiz heyvan yoxdur.
  • Ölkə küçələrində hündür daban ayaqqabı ilə hərəkət edən qadına rast gələ bilmərsiniz. Belə ki, burada daha rahat şəkildə geyinmək qəbul edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər