12 C
Baku
Cümə, Dekabr 3, 2021

Çexiya hökuməti istefaya göndərildi

Çexiya prezidenti Miloş Zeman ölkənin hazırki hökumətinin istefasını qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat katibi İrji Ovçaçek məlumat verib.

Andrey Babişin rəhbərlik etdiyi hökumətin istefası ölkə konstitusiyasına uyğun olaraq həyata keçirilib. Belə ki, onun rəhbərlik etdiyi “Narazı vətəndaşların aksiyası” partiyası oktyabrın 8-9-da keçirilmiş parlamentin aşağı palatasına (Deputatlar Palatası) seçkilərdə məğlub olub.

Qeyd edək ki, yeni hökumətin formalaşdırılması Demokratik Vətəndaş Partiyasının sədri Petr Fialaya tapşırılıb.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər
X