15 C
Baku
Friday, April 26, 2024

Çexiya ilə bağlı maraqlı faktlar

  1. Çex dilinin qrammatikası dünyada ən mürəkkəb qrammatikalardan biri hesab olunur.
  2. Çex sözlərini söyləmək əcnəbilərdən ötrü çətinlik törədir, belə ki, mövcud olan bəzi sözlər saitsizdir.
  3. Zebranı keçərkən, tamamilə sakit ola bilərsiniz: sürücülər hökmən sizə yol verəcəklər. Əlbəttə, istisnalar da olur, amma, əksər sürücülər piyada üçün ayrılan keçid xəttinə bir neçə metr qalmış maşınlarını saxlayırlar.
  4. Bu ölkədə ictimai yerlərdə bərkdən burun silmək mütləq şəkildə normal qarşılanır.
  5. Çexlər ev heyvanlarını çox sevirlər. Ahıl adamların müşaiyət etdikləri cins itləri burada tez-tez görmək mümkündür.
  6. Zoomağazalara bu ölkədə hər küncdə rast gəlmək mümkündür.
  7. Küçələrdə sahibsiz heyvanlara rast gəlmək mümkün deyil, hətta nə vaxtsa Çexiyada yolunuzdan keçən qara pişiyə rast gəlsəniz, bilin ki, onun da sahibi var.
  8. Avropa üzrə ən çox çətənə (marixuana) Çex respublikasında çəkilir.
  9. Yeri gəlmişkən, burada narkotik vasitələr leqallaşdırılıb (15 qr marixuana, iki qr amfetamin, qram yarım heroin, bir qram kokain).
  10. Bu ölkədə qadınlar olduqca sadə geyinirlər. Burada təvazökar geyim dəbdədir, şəhərin mərkəzində hündürdaban ayaqqabı geyinən qadına demək olar ki, rast gəlmək mümkün deyil, ola bilsin ki, bu həm də Praqanın mərkəzi hissəsindəki küçələrin daşla döşənməsindən irəli gəlir.pargue0
  11. Çexlərin böyük əksəriyyəti rus söyüşlərini başa düşürlər. Bəziləri hətta bundan istifadə də edirlər. Amma, əsas söyüş sözləri bu ölkədə heyvan adları ilə (inək, donuz) əlaqəlidir.
  12. Praqada metronun cəmi üç xətti var və stansiyalar arasında məsafə çox qısadır.
  13. Lazım olan yerə ictimai nəqliyyatla getmək daha yaxşıdır, çünki bu ölkədə ictimai nəqliyyat cədvəl üzrə vaxtında hərəkət edir.
  14. Çexiyada rusların günəbaxan tumunu niyə belə çox sevdiklərini anlaya bilmirlər.
  15. Köstəbəkdən (kor siçan) bəhs edən məşhur cizgi filmi Çexiyada yaradılıb. Yeri gəlmişkən, baş qəhrəmanı əks etdirən suvenirlərə bu ölkənin hər yerində rast gəlmək mümkündür.
  16. Praqa qrad Avropada ən böyük qəsr hesab olunur ki, o da Praqa şəhərində yerləşir.
  17. Elə də böyük olmayan Kutna şəhərinin kənarında dağda qeyri-adi, insan sümüklərindən yaradılan Kostnitsa kilsəsi yerləşir. Tarix belə nəql edir ki, kilsənin yerləşdiyi torpaq müqəddəs hesab olunur və hər bir şəxs burada dəfn olunmaq istəyir. 14-cü əsrdə taun xəstəliyi zamanı burada 30 000 nəfər dəfn edilib və hər bir müharibə və ya üsyandan sonra bu ərazi yeni qəbirlərlə dolub. Amma, 18-ci əsrdə torpaqların yeni sahibləri basdırılanların qəbirlərini qazaraq, insan qalıqlarını çıxarmış və onlardan kilsənin tikintisində istifadə etmişlər.Image result for prague downtown
  18. Hər il dekabrın 5-də burada Müqəddəs Mikulaşın (Nikolay) günü bayram edilir. Ənənəyə görə, axşamlar müqəddəs Mikulaş uşaqları olan ailələrə qonaq gəlir və yaxşı və pis qeydlər əsasında uşaqlara hədiyyələr və ya kömür bağışlayır.Onu bu gəlişdində kömür kisəsi tutan şeytan və hədiyyələr olan kisəni daşıyan məkək müşaiyət edir.
  19. Bu ölkədə “çex narı” adlandırılan qiymətli daş çox məşhurdur. Əfsanəyə görə, bu daş möcüzəvi xüsusiyyətlərə malikdir və öz sahibi üçün bir talisman rolunu oynayır.
  20. Və əlbəttə ki, çex pivəsi dünyada ən dadlı pivələrdən hesab olunur. Çex pivə bişirənləri dünyada böyük uğur və nüfuza malikdirlər.
  21. Bu ölkədə avtobillə hərəkət etmək üçün, yəni pullu çex yollarında hərəkət etməkdən ötrü avtomobilin qabaq şüşəsinə yapışdırmaq üçün “vinyetka” (etiket-nakleyka) almaq lazımdır.  Bunsuz sizi böyük məbləğdə cərimə gözləyir.
  22. Çexiyada bütün qərb ölkələrində olduğu kimi “bir” rəqəmi üçün bizlərdə qəbul olunduğu kimi şəhadət barmağını deyil, böyük barmağı göstərmək qəbul edilib.
  23. “Biabırçılıq” (pozor) sözü çexcə “Ehtiyatlı ol” kimi tərcümə olunur. İlk dəfələrdə bu sözlərlə yazılan nişanlar insanı gülümsəməyə məcbur etsə də, sonra buna bir növ vərdiş edirsən.
  24. Praqa şəhəri Vltava çayı üzərində yerləşir.Kak dobrat sya iz Tsyuriha v Pragu
  25. Metroda getmək üçün avtomatdan bütün şəhər nəqliyyatında istifadə olunan universal bilet almaq lazımdır. Biletlər istifadəsinə görə vaxta görə fərqlənir. Avtomat biletlərdə gediş vaxtının başlanmasını özü qeyd edir.
  26. Metro vaqonlarında nəzarətçilər olur, amma onlara çox az rast gəlmək mümkündür.
  27. Köhnə evlərin damlarında peyk antennaları görə bilməzsiniz – qadağan olunub. Bu qədim şəhərin görkəmini pozur.
  28. Çexiyada köhnə pəncərə çərçivələrini şüşə paketlə dəyişdirməyə icazə verilmir.
  29. Bu ölkədə pul “koruna” adlanır.
  30. Çöllərdə və kənd yolları arasında yerləşən torpaqlarda əlvan xalçaya bənzəyən vəhşi lalələr bitir.
  31. Axşamlar şəhərdə narkotik istifadəçilərinə rast gəlinir. Amma, adam az olan yerlərdə , lakin belələri gizlənməyi heç ağıllarından belə keçirtmirlər.
  32. Praqada yaşayan tanışlardan birinin söylədiyinə görə burada iki növ zəncilər mövcuddur: əlində portfel olan və işlə bağlı harasa tələsən zənci, digərləri isə bayram əhvalında və bir yerdə dayanan zənci – narkotik alveri edən.
  33. Yazıçı Frank Kafka Praqada anadan olub. Onun obrazı bir çox suvenirlərdə öz əksini tapıb.
  34. Praqada kranlardan axan su təmiz və qoxusuzdur. Onu qaynatmadan da içmək mümkündür.
  35. Mağazalarda şüşə butılkalarda satılan pivənin qiyməti aliminium qablardakından ucuz qoyulur. Amma onu satın alarkən qiymət yüksəlir. Sən demə, şüşə butılkanın dəyəri pivənin üzərinə bilavasitə satız zamanı qoyulur.
  36. Yanacaqdoldurma məntəqələrində benzin avtomobilə dərhal vurulur, onun ödənişi isə sonra həyata keçirilir.

©Muhasibat AZ

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər