6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Çexiya kəşfiyyatı Üçüncü dünya müharibəsi təhlükəsini proqnozlaşdırdı

Çexiyanın hərbi kəşfiyyatı 2019-ci ildəki fəaliyyətinə dair hesabatda Üçüncü dünya müharibəsi təhlükəsini proqnozlaşdırıb.

Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Sənəddə deyilir: “Biz dünyanın yönəldiyi istiqamətdə mümkün olan qlobal qarşıdurmanın hazırlıq mərhələsindəyik. Hazırda ona fəal şəkildə qoşulmaq istəyənlərin və bunu bacaranların düşüncəsi formalaşır. Üçüncü dünya müharibəsinin texniki vasitələri tədricən müəyyən olunur. Əgər öz hərəkətlərimizin mənfi nəticələrini təxmin edə bilməsək, səhv təlimat və ya göstəriş məhvimizə gətirib çıxaracaq proseslər yarada bilər”.

Kəşfiyyatın hesabatından göründüyü kimi, əsas təhlükələrdən biri də inkişaf etmiş texnologiyalardan sui-istifadədir. Qlobal hərbi qarşıdurma kiberhücumlara səbəb ola bilər.

Qeyd edək ki, Üçüncü dünya müharibəsi eyni zamanda supergüclər (ABŞ, Rusiya, Çin) arasında artan gərginlik səbəbindən baş verə bilər ki, bu da digər ölkələrə mənfi təsir göstərəcək. Bundan əlavə, təhlükəsizliyin təmin olunmasında özlərini müttəfiq hesab edən ölkələr arasında da son vaxtlar ziddiyyətlər formalaşır. Bunun fonunda beynəlxalq hüquq institutu zəifləyir.

“2019-cu ildə standart dialoq çatışmazlığı müşahidə olunub, mövcud problemləri və ziddiyyətləri həll etmək üçün ölkələr arasındakı qarşıdurma güclənib. Beynəlxalq qurumların, hərbi blokların, silahsızlanmaya dair razılaşmaların və dünya nizamının rolu şübhə altına düşüb”, – sənəddə qeyd olunur.

Son xəbərlər
Oxşar xəbərlər