Çexiya prezidenti Miloş Zeman yerli radiostansiyaya verdiyi müsahibədə, bir il ərzində ölkə sərhəflərini açmamağı təklif edib. O, koronavirus infeksiyasının qarşısını almaq üçün bu tədbirin əzruri olduğunu bildirib.
Banker.az xəbər verir ki, Miloş Zemanın sözlərinə görə, vətəndaşların xaricə getməsinə heç bir ehtiyac yoxdur və yay tətilində onlar “çex mənzərələrinin gözəlliyinndən zövq almalıdırlar”.
Zemanın sözlərinə görə, sərhədlərin açılması, vətəndaşların koronavirusun geniş yayıldığı ölkələrə getməsinə gətirib çıxaracaq.
Xatırladaq ki, Çexiya sərhədlərini martın 16-da bağlayıb.
Qeyd edildiyi kimi, bu günə qədər Çexiyada 6700 insan yoluxub, onlardan 1298 nəfər sağalıb, 186 nəfər isə dünyasını dəyişib. İnfeksiyanın episentri Praqa olub – 1590 nəfər yoluxub.