Çexiya prezidenti Peter Pavel həmvətənlərinə Yeni il müraciətində ölkənin vahid Avropa valyutasını qəbul etməsi üçün konkret addımlar atmağa çağırıb.
Bu barədə “Novinky.cz” məlumat yayıb.
O, xatırladıb ki, ölkə 2004-cü ildə Avropa İttifaqına daxil olanda avro ilə ödənişlərə keçmək öhdəliyini “könüllü olaraq qəbul edib”.
“Bizim bu öhdəliyi (avronu qəbul etmək – Qeyd) həyata keçirməyə aparacaq konkret addımlar atmağa başlamağın vaxtı çatıb”, – prezident bildirib.
P.Pavel onu da xatırladıb ki, Çexiya 2024-cü ildə müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaqla NATO qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. O, hökumətin təşəbbüsü ilə qüvvəyə minən dövlət büdcəsi vəsaitlərinə qənaət etmək üçün əhali tərəfindən bəyənilməyən sərt tədbirlərin görülməsini zəruri adlandırıb.