31 C
Baku
Monday, July 22, 2024

Çexiya Rusiya qazı üçün ödənişi rublla etməyəcək

Çexiyanın baş naziri Petr Fiala bildirib ki, ölkə Rusiya qazı üçün rublla ödəniş etməyəcək.

Fiala belə bir bəyanatla Polşanın baş naziri Mateuş Moravetski ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edib.

Fiala bəyan edib ki, ödənişin rublla edilməsi sanksiyaların pozulması demək olardı.

 

“Çexiya Rusiyanın şantajına boyun əymək fikrində deyil. Bəzi ölkələr və şirkətlərin bununla razılaşmasını yanlış addım hesab edirəm. Bu, sanksiyaların pozulmasıdır. Bu, təhlükəlidir”, – deyə nazir qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər