17 C
Baku
Monday, May 13, 2024

Çexiya Rusiyaya qarşı sanksiyaların maksimum dərəcədə gücləndirilməsini dəstəkləyəcək

Praqa Ukraynadakı vəziyyətlə əlaqədar Avropa İttifaqının (Aİ) Moskvaya qarşı sanksiyalarının maksimum dərəcədə gücləndirilməsinin tərəfdarıdır. Bu barədə Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Çexiyanın xarici işlər naziri Yan Lipavski açıqlama verib.

“Biz sanksiyaların mümkün qədər sərtləşdirilməsinin tərəfdarıyıq”, – deyə diplomat vurğulayıb.

O, Çexiya tərəfinin Kiyevə dəstək mövqeyini və məsələnin həlli üçün maksimal dərəcədə səy göstərmək istəyini təsdiqləyib.

 

Lipavski həmçinin bildirib ki, hazırda Avropa İttifaqında Rusiyadan enerji xammalının tədarükünə embarqonun tətbiqi ilə bağlı müzakirələr davam edir. Onun sözlərinə görə, assosiasiya öz enerji təhlükəsizliyini təmin etmək üçün effektiv addımlar atmalıdır.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər