14 C
Baku
Saturday, November 23, 2024

Çexiya Ukraynaya €320 min hərbi yardım ayırır

İyunun 15-də Çexiya hökumətinin qapalı iclasında Ukraynaya əlavə yardımın göstərilməsi məsələsi müzakirə olunub, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Ölkənin müdafiə naziri vurğulayıb ki, Ukraynaya 8 milyon krondan çox (320 min avro) hərbi yardımın ayrılması qərarı verilib.

Mayın 29-da Çexiya Ukraynaya 3.5 milyon kron (140 milyon avro) məbləğində hərbi yardım göndərib. Həmin vaxt hərbi yardım paketinə nələrin daxil olduğu açıqlanmayıb. Lakin daha əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Çexiyanın Ukraynaya hücum helikopterləri və tankları göndərəcəyini bildirmişdi. İyunun 15-də ABŞ prezidenti Co Bayden Ukraynaya 1 milyard dollar məbləğində yeni hərbi yardım elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər