12 C
Baku
Wednesday, December 11, 2024

Çexiya Ukraynaya yeni yardım paketləri hazırlayır

Çexiyanın Baş naziri Petr Fiala Kiyevə səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Ukraynada baş verənləri Avropada “əsrin faciəsi” adlandırıb.

Baş nazir Kiyevdə Rusiya hərbçiləri tərəfindən dağıdılan yaşayış və infrastrukturla tanışlığından danışıb.

P.Fiala bildirib ki, Çexiya Ukraynaya yeni yardım paketləri hazırlayır.

Volodimir Zelenski isə oktyabrın 31-də Rusiyanın paytaxt Kiyev də daxil olmaqla bütün Ukrayna vilayətlərinə yeni kütləvi raket atəşlərindən danışıb. O, bildirib ki, Rusiya gün ərzində Ukraynaya 50-dən çox raket atıb.

“Cənab Baş nazir də bu gün bu dağıntılardan bir hissəsinin şahidi oldu. Rusiya Ukraynada energetika mənbələrinə də qarşı terrora başlayıb. Endirilən zərbələr enerji infrastrukturunu hədəfə alıb”, – Zelenski deyib.

Zelenski Rusiyanın Ukraynadan taxıl ixracı ilə bağlı danışıqlardan çıxmasında da toxunub. O, əmindir ki, sazişin imzalandığı məkan, tərəflərdən biri Türkiyə razılaşmanın pozulmasını istəmir:

“Rusiyanın başladığı müharibəyə görə Ukraynanı tərk edən bütün soydaşlarımızın vətənə qayıtmasını istəyirəm, lakin hamının təhlükəsizliyinə təminat vermək mümkün olmadığı üçün onlardan bunu tələb edə bilmərik. Biz insanlarımızın vətənə qayıtmasında çox maraqlıyıq”.

Qeyd edək ki, Çexiyanın Baş nazirinin səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıqla bağlı yeni sənədlər imzalanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər