14 C
Baku
Sunday, April 21, 2024

Çexiya və İtaliya neft kəmərinin genişləndirilməsilə bağlı razılığa gəlib

Çexiyanın “Mero” neft şirkəti və İtaliyanın TAL konserni trans-Alp neft kəmərinin genişləndirilməsinə dair saziş imzalayıblar. 2025-ci ildən bu neft kəməri Rusiyanın “Drujba” kəmərinin əvəzinə istifadə ediləcək.

Bu barədə Çexiyanın Baş naziri Petr Fiala tviter səhifəsində məlumat verib.

“TAL neft kəmərinin ötürmə qabiliyyətinin artırılması 2025-ci ildən etibarlı təchizatçılardan Çexiyaya neft tədarükünün həcmini ildə 4 milyon ton artırmağa imkan verəcək ki, bu da bizim tələbatımızı tam ödəyəcək”, – P.Fiala bildirib. Onun sözlərinə görə, bunun köməyi ilə Çexiya Rusiya neftindən asılılıqdan xilas olacaq.

Çexiya İnformasiya Agentliyinin məlumatına görə, bu kəmərlə tədarüklərin həcmi ildə 8 milyon ton təşkil edəcək. Anlaşma Çexiyaya 1,6 milyard krona (təxminən 124,3 milyon manata) başa gəlib. Xərcləri Çexiyanın “Mero” şirkəti qarşılayacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər