14 C
Baku
Wednesday, December 18, 2024

Çexiya və Xorvatiya Azərbaycan neftinin əsas müştərilərinə çevriliblər

Çexiya və Xorvatiya son 2024-cü ildə ən Azərbaycanın ən iri xam neft alıcısına çevriliblər.

Banker.az xəbər verir ki, Çexiya hesabat müddətində Azərbaycandan 1.583 mln. ton və ya 977.55 mln. dollarlıq, Xorvatiya isə 1.436 mln. ton və ya 873.4 mln. dollarlıq xam neft alıblar.

İki Avropa ölkəsi bununla Azərbaycanın 2 və 3-cü ən iri xam neft alıcısına çevriliblər.

Keçən il Azərbaycan Xorvatiyanın əsas xam neft (85%) təchizatçısı kimi çıxış edib. Laki Çexiya 7.323 mln ton xam neftin 4.223 mln. tonunu Rusiyadan, qalan 1.965 mln. tonunu Azərbaycandan alıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin ilk 11 ayında Azərbaycan xaricə 21.556 mln. ton xam neft satıb və buna görə ölkəyə 13 mlrd. 304.39 mln. dollarlıq valyuta gəlib. Xam neft ölkə ixracının 54.67 faiz paya sahibdir.

 

2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycanın xaricə xam neft ixracı
Ölkə Miqdar (ton) Statistik dəyər (min USD)
Cəmi 21,555,781.63 13,304,395.40
İtaliya 9,862,810.89 6,141,532.20
Çexiya 1,583,207.32 977,547.28
Xorvatiya 1,436,178.46 873,398.61
Hindistan 1,168,876.01 729,796.92
İsrail 1,173,002.75 713,268.03
Almaniya 1,002,224.39 634,442.48
Portuqaliya 1,005,213.63 631,169.31
Böyük Britaniya 650,115.40 390,895.78
Rumıniya 623,530.67 368,552.50
Tunis 443,921.14 278,567.44
Tailand 376,876.12 234,238.66
Türkiyə 369,579.92 201,627.52
İndoneziya 310,833.01 178,463.01
Serbiya 241,179.61 151,905.17
Yunanıstan 228,237.47 144,806.06
İspaniya 250,395.80 142,979.29
İrlandiya 174,283.74 110,428.45
Niderland 168,985.69 106,838.99
Uruqvay 138,719.62 85,099.83
Polşa 90,150.50 57,363.56
Fransa 89,844.28 57,147.28
Avstriya 85,868.91 47,903.69
Bolqarıstan 80,853.09 45,989.25
Özbəkistan 893.2 434.09

 

 

Son xəbərlər
Digər xəbərlər