Praqanın şəhər ətrafı qəsəbədə yerləşən bu ev “PetrHajekArchitekti” şirkətinin dizaynerlərinin təxəyyülünün və ilhamının məhsuludur.
Bu evin əsas xüsusiyyəti ondan ibarətdir ki, onun pəncərələri evin hissələri kimi müxtəlif istiqamətlərdə yerləşdirilib. Daha doğrusu, məsələn qonaq otağı alma bağına, yataq otağı vişnə bağına, hamam otağı isə ərik bağına doğru açılır. Eyni zamanda, pəncərə və uşaq otağından çıxış gümüşü rəngdə küknar, mətbəx isə fındıq ağacından ibarət bağa açılır. Qeyd edək ki, evin mərkəzində xüsusi istirahət məkanı yer almışdır və bu evin kənarından baxdıqda qətiyyən görünmür. Təbii ki, evin hər bir guşəsinin özünəməxsus xüsusiyyətləri var.