Çexiyada azyaşlıda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.
Bu barədə Çex televiziyası məlumat yayıb.
Praqadakı uşaq bağçalarından birində dörd yaşlı uşaq xəstəliyə yoluxub.
Çexiyada meymunçiçəyinə yoluxma hallarının ümumi sayı 66-ya çatıb. Ən çox xəstə Praqadadır – 52. Ölkədə ilk yoluxma halı barədə həkimlər mayın 24-də məlumat veriblər.