6 C
Baku
Monday, December 16, 2024

Çexiyada tibbi maska taxmaq tələbi ləğv edilib

Çexiya parlamentinin aşağı palatası mayın 5-dən etibarən ölkədə tibbi maska ​​taxmaq tələbini tamamilə ləğv edib.

Bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Qərar Çexiyada epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilib.

Ölkədə hazırda xəstəxanalarda, klinikalarda, apteklərdə və sosial xidmət müəssisələrində tibbi maska ​​taxmaq öhdəliyi qüvvədədir.

Bu arada ekspertlər gələn payızda ölkədə COVID-19 epidemiyasının yeni dalğasının baş verməsi ehtimalını proqnozlaşdırırlar. Bununla əlaqədar Səhiyyə Nazirliyi vətəndaşlara könüllülük əsasında binalarda, tanımadığı şəxslərlə birlikdə tibbi maska ​​taxmağı tövsiyə edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər