27 C
Baku
Saturday, July 27, 2024

Çexiyada yeni XİN başçısı təyin edilib

Çexiya Prezidenti Miloş Zemanın Fərmanı ilə Sosial-Demokrat Partiyasının liderlərinin çoxdankı silahdaşlarından olan Yaqub Kulqanek xarici işlər naziri təyin olunub.

Ölkənin mədəniyyət naziri Lubomir Zaoralekin namizədliyini rədd etməsindən sonra Kulqanekin bu vəzifəyə namizədliyi irəli sürülmüşdü.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə çalışan Tomaş Petrşiçek ötən həftə istefa vermişdi.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər