28 C
Baku
Saturday, July 27, 2024

Çexiyalı deputatlar ruslara Şengen vizalarının verilməsinə qarşı çıxıblar

Çexiya Parlamentinin hər iki palatasının rəhbərliyinin üzvləri, Senatın beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Pavel Fişer və Deputatlar Palatasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Marek Jenişek Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini qadağan etməyə çağırıb.

Pavel Fişer bildirib ki, Avropa İttifaqı ölkələrinin, o cümlədən Çexiya vətəndaşlarının təhlükəsizliyi üçün Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi tamamilə dayandırılmalıdır.

Eyni zamanda, o əlavə edib ki, dəstəyə ehtiyacı olan ruslar üçün sığınacaq tələbi ilə Aİ ölkələrinə müraciət etmək imkanı qorunmalıdır.

Təhlükəsizlik komitəsinin rəhbəri qeyd edib ki, o, çoxdan belə tədbirlərin tərəfdarı olub. O, həmçinin bəzi Aİ ölkələrinin Rusiya iş adamlarına iqtisadiyyata sərmayə qoyması müqabilində onlara vətəndaşlıq və ya yaşamaq icazəsi verməsini qalmaqallı addım adlandırıb.

Jenişek qeyd edib ki, ruslar üçün Şengen vizalarının ləğvi Rusiyaya qarşı ilk sanksiyalardan biri olmalı idi.

 

 

Son xəbərlər
Digər xəbərlər