9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Çexiyanın ən zəngin iş adamı Alyaskada helikopter qəzasında ölüb

ABŞ-ın Alyaska ştatında Byutt şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölənlər arasında çexiyalı milyarder Petr Kellner də var.

Bu barədə “Reuters” agentliyi çexiyalı milyarderin rəhbərlik PPF kompaniyasına istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Associated Press”in yaydığı məlumata görə, Eurocopter AS50 helikopterinin qəzaya uğraması nəticəsində ən azı 5 nəfər ölüb.

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırma aparılır.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər