“Raiffeisen Bank International” (RBI) Çexiyanın “Equa bank”ını alır, bu barədə bank holdinqinin press-relizində deyilir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Verilən məlumata görə, bu, “Raiffeisen”in ayrı-ayrı bazarlarda genişlənmək strategiyasının bir hissəsidir. Müqavilənin 2021-vi ilin ikinci rübünün sonunda tamamlanması gözlənilir.
Bundan əlavə, “Equa Bank” və “Raiffeisenbank”ın biznes-modellərinin bir-birini tamamlaması qeyd edilir ki, razılaşma nəticəsində rəqəmsal güclənmə ilə yanaşı, strateji tərəfdaşlıq üçün uyğun şərait yaradılacaq. 2020-ci ilin sonunda “Equa bank”ın aktivləri 2.8 milyard avro, “Raiffeisenbank”ın aktivləri isə 15.7 milyard avro təşkil edib.
Çexiya Respublikasında fəaliyyət göstərən “Equa bank” istehlak kreditləşməsi üzrə ixtisaslaşır və təxminən 480 min müştəriyə xidmət göstərir. Avstraliyanın “Raiffeisen International” bankı isə Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində mövcuddur.






