14 C
Baku
Saturday, November 23, 2024

Çexiyanın yeraltı anbarlarına vurulan qazın həcmi rekord səviyyəyə çatıb

Çexiyada yeraltı qaz anbarlarına vurulan qazın həcmi rekord səviyyəyə – 1 mlrd. kubmetrə çatdırılıb.

Bunu Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela bəyan edib.

Onun sözlərinə görə, ayın sonuna kimi qaz anbarları 50%-dən çox doldurulmalıdır:

“Çexiya Ukraynadakı vəziyyətlə əlaqədar mümkün qədər tez maksimum qaz ehtiyatı yaratmağa çalışır. Məqsədimiz odur ki, növbəti istilik mövsümünün əvvəlində qaz anbarları ən azı 80% ( 2,8 mlrd. Kubmetr qaz) dolsun. Və bu məqsədə biz nail olacağıq”.

Qeyd edək ki, Çexiya bu növ enerji xammalının 90%-dən çoxunu Rusiyadan alır.

Son xəbərlər
Digər xəbərlər