Çexiyaya köçmək – biznes, təhsil, iş üçün vizalar necə alınır?

Çexiyada müvəqqəti yaşayış icazəsini necə almaq olar və bu prosedurun özəllikləri

Müvəqqəti yaşayış icazəsi aşağıdakı əsasda verilə bilər:

1. Təhsil və elm

2. İşədüzəlmə

3. Ailəyə qovuşma

4. Biznes

Təhsil

Təhsil iki mərhələdən rəsmiləşdirilir. İlk olaraq seçdiyiniz ali təhsil müəssisəsinə elektron sorğu göndərməyiniz, müsbət cavab aldıqdan sonra isə təhsil haqqını ödəməyiniz tələb olunur.

İkinci mərhələ universitetə qəbul sənədlərinin hazırlanmasını nəzərdə tutur (hər bir ali təhsil müəssisəsində fərqli olur). Sonda bütün bu sənədləri səfirliyə təqdim edirsiniz. Oxumaq istədiyiniz ali təhsil müəssisəsindən fərqli olaraq (dövlət/özəl) sorğuya 60 və ya 120 gün ərzində baxılacaq.

Tələbə vizası

Tələbə vizası akkreditasiya almış Çexiya universitetlərindən birinin təsdiqi əsasında rəsmiləşdirilir. Vizanın müddəti bir ildir, onu uzatmaq üçün təhsil almağa davam etməyinizi təsdiq edən sənəd təqdim edirsiniz. Problem ondadır ki, əgər siz müvəqqəti yaşayış icazəsini almaq istəsəniz (bunun üçün ölkədə minimum 5 il yaşamağınız tələb olunur), tələbə vizası ilə bir il iki il kimi hesablanır. Yəni, ölkədə faktiki olaraq 5 il yaşasanız, bu 2,5 il kimi hesablanacaq.

İşədüzəlmə

İş vizasını almaq üçün tələb oluna sənədlər:

– əmək müqaviləsi;

– cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı arayış;

– tibbi arayış;

– yaşayış yerindən arayış və ya hər hansısa başqa sənəd;

Çexiya səfirliyində müraciətə 2-3 ay ərzində baxılır.

Çexiyaya gəldikdən sonra üç gün ərzində polis bölməsində qeydiyyata düşməyiniz və iş kartını almağınız tələb olunur. Bundan sonra yaşayış yeri bölməsində qeydiyyatdan keçməlisiniz.

İş kartı müvəqqəti yaşayış icazəsini təsdiq edir, müəyyən şərtlərlə Blue Card EU almaq mümkündür.

İş vizası

İş vizası iş icazəsi ilə rəsmiləşdirilir. Bu variant qənaətcil olan və ya konkret işəgötürənlə işləməyə gedən insanlar üçün uyğun gəlir. Ümumilikdə qanuni əmək miqrasiyası Çexiyada aşağıdakı kimidir:

  1. İş axtaran Çexiyanın əmək bazarında iş yerini tapır.
  2. İşəgötürənlə əlaqə saxlayır və müsahibədən keçir.
  3. Detallar danışılır və tərəflər arasında əmək müqaviləsi bağlanır.
  4. İş icazəsi rəsmiləşdirilir və iş vizası açılır.
  5. Xarici işçi ölkəyə gəlir və Çexiyada müvəqqəti yaşamaq icazəsini alır (işçi kartı, mavi kart).

Ailəyə qovuşma

İş vizası təkcə iş axtaran şəxsə deyil, eyni zamanda ailənin digər üzvlərinə də verilir.

Ailəyə qovuşma vizası 18 yaşına çatmamış uşaqlarınız olduğu halda sərfəlidir. Viza bir il müddətinə verilir və Çexiyada olduğun zaman iki ilədək uzadılır. 18 yaşına çatmış uşaqlar Çexiyada böyük sayılırlar və buna görə viza almaq üçün başqa əsasınız olmalıdır.

Biznes

Şirkətin vasitəçiliyi ilə müvəqqəti yaşayış icazəsini almaq.

Direktor və ya Çexiya şirkətinin həmtəsisçisi işçiyə uzunmüddətli vizanın verilməsi üçün səfirliyə müraciət edə bilər. Qanundakı son dəyişiklərə görə, şirkətin direktoru olmaq sizin üçün əlavə üstünlükdür. Bu, ən optimal variantdır. Viza almaq şansınızı artırmaq istəyirsinizsə, Çexiyada daşınmaz əmlak və ya real biznesiniz olmalıdır. Əgər kimsə sizə Çexiya vizasını 100% alacağınızı vəd edirsə, bu fırıldaqçılara inanmayın. Mərhələli izləmə də bir şey vermir – ilkin mərhələni keçməsəniz, viza ala bilməyəcəksinz. Unutmayın ki, istənilən uzunmüddətli viza almaq üçün çex sığortası tələb olunur. Bu barədə ətraflı məlumat əlaqə bölməsindən əldə edə bilərsiniz.

Diqqət! Müraciət və bütün sənədlər səfirliyə şəxsin özü tərəfindən təqdim edilir və əvvəlcədən çex dilinə tərcümə olunaraq təsdiqlənir.

Çexiyaya getmək üçün dəvət almaq

Çexiyaya getmək üçün dəvət həm fiziki, həm hüquqi şəxs adından rəsmiləşdirilə bilər, 90 gün müddətinə verilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları