Yumşaqlıq, səmimilik, sadəlik, həmçinin ikiüzlülük və riyakarlıqdan uzaq olması çox güman ki, Çexovun yaradıcılığındakı qəhrəmanların ən parlaq cizgilərdir.
Antоn Pavloviç Çeхоv 29 yanvar 1860-cı ildə anadan olub. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tоlstоy Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.
Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. 1904-cü il iyulun 15-də vəfat edib.
Dahi rus klassikinin ölməz fikirləri
- Yazıçı çox yazmalı, amma tələsməli deyil;
- Yalnız sevgiyə görə evlənmək maraqlıdır; qızla yalnız onun gözəlliyinə görə evlənmək isə bazardan lazımsız əşya almaq kimidir, baxmayaraq ki, bu əşya gözə çox xoş gəlir;
- Tənha yaşayan insanların həmişə qəlblərində saxladığı elə bir hekayə olur ki, onu böyük həvəslə kimnənsə paylaşardılar;
- Universitet bütün bacarıqları inkişaf etdirir, o cümlədən də axmaqlığı;
- Olmadığımız yerlər bizə çox gözəl görünür: Keçmişdə biz artıq yoxuq, ona görə də o bizə gözəl gəlir;
- Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin;
- Təmtəraqlı dildən özünü qoru. Dil sadə və zərif olmalıdır;
- Insanlar zahirən çay içir, amma onların daxilində, qəlblərində faciələr baş verir.
- İncəsənət və talantın olduğu yerdə nə qocalıq, nə tənhalıq, nə xəstəlik var, hətta ölümün belə yarısı yoxdur;
- Ruslar xatırlamağı sevir, amma yaşamağı sevmirlər;
- Yazmaq bacarığı- ixtisar etmək məharəti deməkdir;
- Araq ağ olsa da, insanı qızardır, reputasiyanı isə qaralayır;
- Müxtəsərlik (qısalıq) – talantın bacasıdır;
- Qadınlar sərxoş edici məhsuldur, amma nədənsə onların üzərində aksiz vergisi qoymaq hələ də heç kəsin ağlına gəlməyib;
- Hər bir it öz səsi ilə ulamalıdır;
- Məsələ optimistlikdə və ya pessimistlikdə deyil, məsələ ondadır 100-dən 99-da ağıl yoxdur;
- Bu gün çox gözəl gündür… Sən gedib ya gözəl çay içə, ya da özünü asa bilərsən;
- Sevgidə və siyasətdə yalan demək olar, tibdə də insanları aldatmaq olar, amma incəsənətdə aldatmaq olmaz;
- Həyat fəlsəfədən ayrılır; avaralıq olmadan xoşbəxtlik mövcud deyil, yalnız lazımsız şeylər insana zövq yaşadır;
- Bəzən xoşbəxt və hər şeyi əldə edən insanlar digərləri üçün dözülməz olur;
- Bığsız kişi, bığlı qadın kimidir;
- Deyirlər ki, sonda həqiqət qalib gələcək, amma bu həqiqət deyil.
- Ziyalılar heç nəyə yaramır, çünki çay çox içilir, çox danışırlar, otaq siqaret tüstü ilə hopub, şüşələr və qədəhlər isə boşalıb…
- Qocaların edə bilmədiyi hər şey ya qadağandır, ya da cinayət hesab olunur;
- Rusiyalı insanın yalnız bir ümidi var – bu da on min udmaqdır;
- Solomon müdriklik istəməklə böyük səhvə yol verib;
- Əgər şəhərdəki ən istedadlı adamlar belə gərəksizdirlərsə, gör, onda şəhər özü nə haldadır;
- Həyata yad baxan, yaşamağa ona uyğunlaşa bilməyən insana məmur olmaqda başqa bir yol qalmır