Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bugünədək 3 777 227 567 barel neft yola salınıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. BIL BTC-nin Türkiyə ərazisində istismarı ilə məşğul olur.
Məlumata görə, hesabat dövründə terminaldan 4947 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il yanvar-iyun aylarında Ceyhan neft terminalından 106 982 579 barel neft 148 tankerə yüklənilərək göndərilib.