“Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik edən hər bir şəxs Azərbaycanın “qara siyahısına” daxil edilir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
“Lakin başa düşməliyik ki, bu Fransa siyasətinin daxili gündəm məsələsidir”, – nazir bildirib.
Nazirin sözlərinə görə, Fransa prezidentliyinə namizədlə birgə səfər edənlər də arzuolunmaz şəxs elan olunub.