7 C
Baku
Cümə, Dekabr 3, 2021

Ceyhun Bayramov: “3+3 formatı faydalı əməkdaşlıq mexanizmi ola bilər”

“Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən geniş miqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda geniş regional əməkdaşlığı təşviq edir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının səkkizinci iclasında çıxışı zamanı deyib.

“Bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələr üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər”, – o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Son xəbərlər
Oxşar xəbərlər
X