29 C
Baku
Friday, June 21, 2024

Ceyhun Bayramov Almaniyanın dövlət naziri ilə görüşüb

11 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə, iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, yüksək səviyyəli səfərlərin, o cümlədən siyasi təmasların bu dinamikanın artımında əhəmiyyətli yer tutduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən davamlı hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsinin sülh prosesinin qarşısında duran maneələrdən olduğu diqqətə çatdırılıb.

Dövlət naziri Tobias Lindner, Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirərək, bu istiqamətdə müxtəlif sahələr, xüsusilə ənənəvi və alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.

Almaniyanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərilən səyləri alqışladığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər