8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Ceyhun Bayramov: “Avropa İttifaqının Azərbaycana marağı artıb”

“Avropa İttifaqının həm ölkəmizə, həm də bölgəmizə marağının artmasını müşahidə edirik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və bir sıra Aİ rəsmiləri ilə çoxsaylı görüşlər və təmaslar bunu deməyə əsas verir”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş üzrə danışıqlar aparılır: “Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir”.

Son xəbərlər
Oxşar xəbərlər