20 C
Baku
Tuesday, October 28, 2025

Ceyhun Bayramov Azərbaycan səfirliyinin açılışında iştirak üçün Omana gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər