Ceyhun Bayramov Banqkokda səfərdədir

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirak etmək üçün Banqkoka səfər edib.

Banker.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

“Heç kimi geridə qoymamaq: Asiya və Sakit Okean regionunda bütün yaşlar üçün bir cəmiyyətin inkişaf etdirilməsi” mövzusuna əsaslanan sessiya, layiqli iş, yaş qrupları üzrə tam və məhsuldar məşğulluq, qadınların iqtisadi səlahiyyətləndirilməsi və ümumi sosial inteqrasiya da daxil olmaqla, mövcud və inkişaf etməkdə olan demoqrafik tendensiyaları və sosial-iqtisadi prioritetləri müzakirə etmək üçün bir platforma təmin edəcək”, – məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər