7 C
Baku
Thursday, December 12, 2024

Ceyhun Bayramov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edəcək

BMT Baş Assambleyasının 78-ci yüksək səviyyəli həftəsində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası sentyabrın 19-da Nyu-York şəhərində, BMT-nin mənzil qərargahında öz işinə başlayacaq.

Həmin gün BMT Baş Assambleyasının hazırkı rəhbəri, macarıstanlı diplomat Çaba Korosi 77-cı sessiyaya yekun vuracaq. BMT Baş Assambleyasının yeni sessiyasına Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Denis Fransis rəhbərlik edəcək.

BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Həftədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Həftə ərzində Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, enerji böhranı və digər aktual məsələləri müzakirə olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər