-1 C
Baku
Sunday, December 15, 2024

Ceyhun Bayramov bu ay Ermənistan XİN başçısı ilə görüşəcəyini istisna etmir

“Ola bilsin ki, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar apardıq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan sülh sazişi üzrə hər zaman əsas təşəbbüskar olub: “Oktyabrın 2-də bu sahədə danışıqlarda layihəni də ölkəmiz hazırlamışdı. Ermənistan bir dəfə öz şərhlərini verib. Sonra Azərbaycan tərəfi öz növbəti təkliflər paketini Ermənistan tərəfinə göndərib. Aramızda ilkin ünsiyyət olub. Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm”.

C.Bayramov həmçinin bildirib ki, son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib: “Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir”.

Son xəbərlər
Digər xəbərlər