5 C
Baku
Saturday, December 14, 2024

Ceyhun Bayramov Çavuşoğlu ilə bölgədəki vəziyyəti müzakirə edib

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər