23 C
Baku
Saturday, September 28, 2024

Ceyhun Bayramov Edqars Rinkeviçslə danışdı

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

Bu haqda XİN məlumat yayıb.

Nazirlər, Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər