26 C
Baku
Saturday, July 13, 2024

Ceyhun Bayramov Finlandiya XİN rəsmisini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Xarici İşlər Nazirliyində Beynəlxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, çoxtərəfli əməkdaşlıq münasibətləri, Azərbaycan – Avropa İttifaqı əməkdaşlıq istiqamətləri üzrə, habelə regional vəziyyət barədə müzakirə aparıblar. Görüş zamanı, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.

Son xəbərlər
Digər xəbərlər