1 C
Baku
Saturday, December 14, 2024

Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb

İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Bu barədə İran Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İ.Rəisi bildirib ki, dost, qardaş və qonşu ölkə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindən biridir: “İran bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz məsələlərin və problemlərin ölkələr arasında qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıyıq”.

C.Bayramov isə öz növbəsində, Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Qeyd edək ki, İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilir. Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Son xəbərlər
Digər xəbərlər