13 C
Baku
Sunday, November 24, 2024

Ceyhun Bayramov İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına münasibət bildirib

“Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcılı addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“İran mediasında Azərbaycana qarşı söylənilən fikirlər bizi narahat edir. İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır və münasibətlərimizdə xoşagəlməz halların aradan qaldıırlması üçün addımlar atır. Bizim onlarla birbaşa əlaqələrimiz var”, – nazir vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər