Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşəndə 3+3 əməkdaşlıq formatı müzakirə olunub.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov Cənubi Qafqazda 3+3 əməkdaşlıq formatının bugünkü görüşdə müzakirə olunduğunu, artıq bu formatda bir dəfə görüşün keçirildiyini söyləyib. Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.