Rusiyalı həmkarım Sergey Lavrovla Cənubi Qafqazdakı vəziyyəti, eyni zamanda, üçtərəfli bəyanatların icrasını müzakirə etdik.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya XİN rəhbəri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını da müzakirə ediblər.