Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xəzər dənizinin əlaqələnmədə rolu ilə bağlı konfransda iştirak edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Londonda “Caspian Policy Center” tərəfindən təşkil olunan konfransda Azərbaycan xarici işlər naziri çıxış edib.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Böyük Britaniyada işgüzar səfərdədir.