20 C
Baku
Friday, October 10, 2025

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Azərbaycanın mədəni diplomatiyaya sadiqliyini vurğulayan nazir 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçirilən III MDB Oyunlarının uğurla təşkili barədə məlumat vermiş və Laçının 2025-ci ilin MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsinə görə minnətdarlığını bildirib, qeyd edib ki, şəhərin unikal irsini nümayiş etdirmək üçün çoxsaylı mədəni tədbirlər artıq davam edir.

Nazir təhlükəsizlik çağırışlarına toxunaraq terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üçün əlaqələndirilmiş səylərin zəruriliyini vurğulayıb.

Çernobıl fəlakətinin 40-cı ildönümü haqqında danışan C. Bayramov onun davamlı humanitar və ekoloji nəticələrini xatırladıb və həyatlarını itirən insanlara, habelə onun nəticələrinin aradan qaldırılmasında iştirak edən xilasetmə işçilərinə, o cümlədən Azərbaycan vətəndaşlarının xatirəsini yad edib.

Nazir Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqət yetirdiyini vurğulayıb, ticarətdə sabit artımı müsbət dinamikanın göstəricisi kimi qeyd edib.

O, Azərbaycanın MDB çərçivəsində etimadın möhkəmləndirilməsinə və konstruktiv dialoqların təşviqinə sadiqliyini bir daha təsdiq etmişdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər